114 top buraxdıqdan sonra FIFA-ya daxil olmaq istəyir
7 İyul 2015 17:47 İdmanMikroneziya Federativ Ştatlarının futbol yığması FIFA-ya daxil olmaq üçün təşkilata müraciət edib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Mikroneziya FIFA-ya daxil olaraq texniki yardım almağa və ölkə futbolunun inkişafına nail olmaq istəyir. Mikroneziya Sakit okean oyunlarında iştirak edərək 3 oyuna qapısından 114 top buraxıb. Milli Taitidən 30, Ficidən 38, Vanuatudan isə 46 top buraxıb. Mikroneziya əhalisinin sayı 106 mindir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31