Türk futbolçu rəsmən "Mançester Siti"də

"Bursaspor"un sabiq futbolçusu Enes Ünalın "Mançester Siti"yə keçidi rəsmiləşib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 18 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı bu transferin "Mançester Siti"yə 2 milyon funt-sterlinqə başa gəldiyini yazıb.

Qeyd edək ki, E.Ünal ötən mövsüm Türkiyə superliqasında 18 matçda oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31