Prosineçki millinin məşqçilərinə göstəriş verdi
7 İyul 2015 16:14 İdmanAzərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən millinin məşqçilər korpusunun üzvləri klublarımızın UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaları izləyəcəklər. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə,Elxan Abdullayev "İnter" - "Laçi"(Albaniya) oyununa, Mahmud Qurbanov "Qəbələ" - "Dinamo" (Gürcüstan) qarşılaşmasına baxacaq, Faiq Əzizov isə "Mladost" (Monteneqro) - "Neftçi" oyununu izləmək üçün Podqoritsa şəhərinə səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31