"Fənərbaxça"nın əfsanəvi futbolçusu Arda Turanı təbrik etdi
7 İyul 2015 12:30 İdman"Fənərbaxça"ın əfsanəvi futbolçusu Alex De Souza Arda Turanı "Barcelona"ya transfer olunması münasibəti ilə təbrik edib. Lent.az-ın məlumatına görə, kariyerasını bitirən braziliyalı futbolçu öz twitter hesabında türkçə yazıb: "Ardanın bu cür inkişafına görə çox sevinirəm. "Qalatasaray"da futbola başlamasından Manisaya gedişinə və yenidən "Qalatasaray"a qayıdışına şahid olmuşam. Sonradan "Atletiko"ya gedişinə çox sevinmişəm. Ümumiyyətlə türk futbolçuları xarici liqalarda oynamağa layiqdirlər. Arda hər zaman Türk futbolunun adını yuxarılara daşımağa davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31