"İnter"in oyunu Aleksandr Əliyevə tapşırıldı
6 İyul 2015 20:00 İdmanAvropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "İnter" - "Laçi" matçının hakimləri bəlli olub. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter Arena"da keçiriləcək oyuna qazaxıstanlı hakimlər təyinat alıb. Matçın baş hakimi olacaq Aleksandr Əliyevə həmyerliləri Sergey Vasyutin və Samat Terqeussizov köməklik edəcək. Dördüncü referi funksiyasını Denis İzmaylov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 9-da keçiriləcək "İnter" - "Laçi" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk görüş 1:1 hesabı ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31