"Qəbələ" - "Dinamo": hakimlər müəyyənləşdi
6 İyul 2015 19:57 İdmanAvropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Dinamo" matçının hakimləri müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ şəhər stadionunda keçiriləcək oyunu fransalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Amori Deleryu olacaq. Ona həmyerliləri Loren Stiyen və Maykl Annonier köməklik edəcək. Sebastian Moreyra isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 9-da keçiriləcək "Qəbələ" - "Dinamo" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Tiflisdə baş tutan ilk görüşdə "Qəbələ" rəqibinə 1:2 hesabı ilə uduzub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31