Di Mariya sıradan çıxdı

Argentina millisinin və "Mançester Yunayted"in futbolçusu Anxel di Mariya ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. Qol Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna onun Amerika kubokunun finalında Çili ilə matçda zədələnməsi səbəb olub. Qarşılaşmanın 29-cu dəqiqəsində zədələnən yarımmüdafiəçi əvəzlənib. Tibbi müayinədən keçən di Mariyanın əzələsinin dartıldığı müəyyənləşib.  Bu səbəbdən onun azı bir ay oynamayacağı bildirilir.

Qeyd edək ki, Çili finalda Argentinaya penaltilər seriyasında 4:1 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31