“Fənərbağça” Luis Nanini transfer edib

Türkiyənin "Fənərbağça" (Fenerbahçe) klubu "Mançester Yunayted"in portuqaliyalı ulduzu Luis Nanini transfer etdiyini rəsmən açıqlayıb. APA-nın xəbərinə görə, "Fənərbağça" bu transfer üçün İngiltərə klubuna 6 milyon avro ödəyəcək. Nani ilə 3 illik müqavilə imzalanıb. Lakin oyunçuya veriləcək maaş və mükafatların həcmi açıqlanmayıb. Nani iyulun 5-də gecə İstanbula gəlib. Luis Carlos Almeida da Cunha - Nani 1986-cı il təvəllüdlüdür. Karyerası boyunca Portuqaliyanın "Real de Massama", "Sportinq" komandalarında və "Mançester Yunayted"də çıxış edib. Portuqaliya milli komandasında 86 dəfə forma geyib və 15 qol vurub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31