"Bakı-2015"in qızıl medalçısı: "Əslində futbolçu olmaq istəyirdim"
5 İyul 2015 12:52 İdman"Bakı 2015" Birinci Avropa Oyunlarında qızıl medal qazanan Ayxan Tağızadədən yeni xəbər var.
Axşam.az-ın məlumatına görə, 19 yaşlı taekvandoçumuz "Star life" verilişinə açıqlamasında planlarından bəhs edib:
"Qarşıma məqsəd qoymuşdum ki, çempion olmalıyam, bayrağımızı qaldırmalıyam. İlk qızıl medalı qazandığıma görə çox xoşbəxtəm. İdmana atamın istəyi ilə gəlmişəm. Özü məşqçidir. Əslində futbolu sevirəm. Amma futbolçu olmaq alınmadı. Bu yolda irəlilədim. Qarşıda çox yarışlarım var. Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına qatılacam. "Bakı 2015"ə necə hazırlaşırdımsa, ora üçün də elə çalışıram. Məşqçilərimin köməyi ilə Olimpiya Oyunlarında da bayrağımızı qaldıracam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31