"Təcrübəmlə komandama fayda verməyə çalışacam"
3 İyul 2015 19:10 İdman"Artıq 2 gündür məşqlərə başlamışıq. Komanda tam formalaşandan sonra daha da yaxşı olacaq. Məşqçilər gənclərlə təcrübəlilərdən ibarət güclü kollektiv yaratmaq niyyətindədir". Qol.Az-ın məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında deyib. R.Abdullayev təcrübəsi ilə komandasına faydalı olmağa çalışacağını bildirib: "Əsas komada olmaqdır və mən "Zirə"də bunu görürəm. Belə olanda nəticə də olur. Mən də çalışacam ki, təcrübəmlə həm meydanda, həm də meydandan kənarda komandama fayda verim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31