Qattuzonun yeni komandası müəyyənləşdi
3 İyul 2015 19:55 İdmanİtaliya millisinin və "Milan"ın sabiq futbolçusu Cennaro Qattuzonun yeni iş yeri məlum olub. Qol.Az-ın "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, 37 yaşlı mütəxəssis yeni mövsümdən İtaliyanın üçüncü divizionunda çıxış edəcək "Karrareze" klubunu çalışdıracaq.
Qeyd edək ki, Qattuzo məşqçilik karyerasına 2013-cü ildə başlayıb. O, daha öncə "Sion", "Palermo" və OFİ klublarını çalışdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31