"Fənərbaxça" "Porto"nu "sökdü": Nani də gəlir

"Fənərbaxça" portuqaliyalı ulduz Naninin transferini rəsmləşdirir. Lent.az-ın, klubun rəsmi saytına istinadən məlumatına görə, portuqaliyalının iyulun 5-də İstanbula gələcəyi və sağlamlıq testlərindən keçəcəyi bildirilir. Dünən sarı-lacivərdililər daha iki əcnəbi futbolçunu heyətinə qatıb.  "Porto" klubunun braziliyalı qapıçısı Fabiona Ribeiro və mərkəz müdafiəçisi, seneqallı Abdoulaye Banı 1 illiyinə icarəyə götürüb. Həmin futbolçuların da iyunun 4-də İstanbula gələrək müqaviləyə imza atacağı gözlənilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31