Yevhen Konoplyanka yeni mövsümdən İspaniya La Liqasında oynayacaq. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ukraynalı oyunçu "Sevilya"ya transfer olunub. 25 yaşlı yarımmüdafiəçi tibbi müayinə keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Y.Konoplyanka ötən mövsüm "Dnepr"də oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31