"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ərsun Yanalın istefasından sonra boş qalmış baş məşqçi vəzifəsinə Şota Arveladze təyin edilib. Gürcü mütəxəssislə 2 illlik müqavilə imzalanıb. O, yeni klubunda illik 1 milyon 200 min avro qazanacaq.
Qeyd edək ki, Ş.Arveladze son olaraq "Kasımpaşa"nı çalışdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31