“Əsas səhvimiz müdafiədə oldu” – Məhəmməd Qurbanov

''Bütün oyun boyu biz daha çox hücum etdik. Qol imkanları da bizdə daha çox oldu. İkinci hissədə isə yaxşı mübarizə aparmadıq. Bu da yorğunluqdan irəli gəlirdi". Bunu Qol.Az-a açıqlamasında "Neftçi"nin futbolçusu Məhəmməd Qurbanov Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Mladost"la qarşılaşmadan (2:2) sonra deyib. Sərfəli nəticə qazana bilmədiklərini deyən  gənc hücumçu bunun əsas səbəbini  müdafiədəki səhvlərlə əlaqələndirib: "Səhvlərimiz daha çox mövqe dəyişikliklərində və müdafiədə olurdu.  Fəal mübarizə aparmağımıza baxmayaraq hücumlarımız yaxşı  alınmırdı. Cavab matçında daha dəqiq oynamalıyıq. Bunun üçün çox çalışmalıyıq. Hələ cavan komandayıq. Fikrimcə hər şey gələcəkdə daha yaxşı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31