Prosineçki "Qarabağ"ın məşqini izlədi

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışına davam edir. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 1 günlük istirahətin ardından komanda günü 2 məşqlə keçirib. Günün ilk çalışması  fitnes zalında baş tutub.  Yerli vaxtla 11:00-da başlayan məşq 1 saat davam edib. Günün 2-ci məşqi 20:00-da (Bakı vaxtı ilə 23:00) baş tutub. Taktiki-texniki  hazırlıq üzərində qurulan məşq 90 dəqiqə davam edib. Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də məşqi izləyənlər arasında olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31