"Real"da beş illik müqavilə

"Real" ötən mövsüm "Espanyol"a icarəyə verdiyi futbolçusu Lukas Vaskesi geri qaytarıb. Qol.Az-n klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu yeni mövsümdən Madrid təmsilçisinin şərəfini qoruyacaq. "Kral klubu" ispaniyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, ötən mövsüm "Espanyol"un heyətində 33 oyun keçirən Vaskes 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31