Dünya çempionatında finalçılar bəlli oldu
2 İyul 2015 19:50 İdmanQadın futbolçulardan ibarət yığmalar arasında keçirilən dünya çempionatında finalçılar müəyyənləşib. Qol.Az-ın məlumatına görə, həlledici görüşdə ABŞ və Yaponiya yığmaları üz-üzə gələcək. ABŞ yarımfinalda Almaniyanı 2:0, Yaponiya isə İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finalda oynamaq hüququ qazanıb.
Qeyd edək ki, iyulun 6-da keçiriləcək ABŞ - Yaponiya görüşü Bakı vaxtı ilə gecə saat 02:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31