"Sumqayıt" - "Kəpəz" oyununun vaxtı dəyişdi

"Sumqayıt"ın "Kəpəz"lə keçirəcəyi yoxlama matçının vaxtı dəyişdirilib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,   qarşılıqlı razılıq əsasında sözügedən oyun iyulun 4-ü yox, bir gün sonra - iyulun 5-də keçiriləcək. "Dalğa Arena"da oynanılacaq görüş saat 18:00-da başlayacaq. "Sumqayıt" 2-ci yoxlama oyununu iyulun 9-da 19 yaşadək futbolçulardan ibarət milli komandamıza qarşı keçirəcək. Həmin qarşılaşma saat 18:00-da "Kapital Bank Arena"da keçiriləcək. Aqil Məmmədovun komandası 3-cü yoxlama oyununda iyulun 11-də AZAL-la üz-üzə gələcək. Sumqayıtda keçiriləcək matç saat 19:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31