Patrik Hikki: "Bakı Olimpiya Oyunlarını qəbul etməyə hazırdır"
1 İyul 2015 18:50 İdmanBakı Olimpiya Oyunlarını qəbul etməyə hazırdır. Trend-in "Around The Rings" saytına istinadən verdiyi məlumata əsasən, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. O əmindir ki, Bakının Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı yenidən müraciət etməsi üçün hər şeyi var. P. Hikki, həmçinin qeyd edib ki, hazırda 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi üçün müraciətlər qəbul edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31