"Bavariya" "Şaxtyor"un futbolçusunu transfer etdi

"Bavariya" növbəti transferini gerçəkləşdirib. Trend-in məlumatına görə, Münhen təmsilçisi "Şaxtyor"un futbolçusu Duqlas Kostanı transfer edib. Ukrayna klubunun rəsmi saytından verilən açıqlamada braziliyalı futbolçunun 30 milyon avro qarşılığında "Bavariya"ya keçdiyi bildirilib. Almaniya klubu ilə 4 illik müqavilə imzalayacaq Kosta ötən mövsüm "Şaxtyor"un heyətində keçirdiyi 203 rəsmi oyunda 38 qol vurub və 40 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Kosta Rafinya və Dantedən sonra "Bavariya"nın üçüncü braziliyalı futbolçusu olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31