Hakimlərimiz Çempionlar Liqasında
1 İyul 2015 19:55 İdmanUEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək APOEL (Kipr) - "Vardar" (Makedoniya) oyununun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını FIFA referisi Rəhim Həsənov yerinə yetirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31