"Neftçi"yə təslim olmayacağıq" – "Mladost"un futbolçusu
1 İyul 2015 19:50 İdmanAvropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü çərçivəsində sabah Bakıda "Neftçi"nin qonağı olacaq "Mladost"un futbolçusu Aleksandr Miliç oyunla bağlı fikirlərini bölüşüb. Qol.Az-ın Monteneqro mətbuatına istinadən verdiyi məlumata görə, gənc futbolçu onları Bakıda çətin oyun gözlədiyini bildirib: "Bakıda bizi "Neftçi" ilə çətin oyun gözləyir. Ancaq təslim olmayacağıq. Cavab matçına rahat çıxmağımız üçün bu görüşdə sərfəli nəticə qazanmağa çalışacağıq. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edəcəyik".
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31