"Qəbələ" - "Dinamo" matçının başlama saatı müəyyənləşdi

Avropa Liqasının ilk təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Dinamo" (Tiflis) cavab oyununun başlama saatı müəyyənləşib. Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Qəbələdə keçiriləcək qarşılaşma iyulun 9-u Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Xatırladaq ki, bu komandalar arasında ilk matç sabah oynanılacaq. "Dinamo" - "Qəbələ" görüşünün start fiti 21:00-da səslənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31