Təsnifat turniri keçiriləcək

İyul ayının 2- də "Şüa" idman sağlamlıq kompleksində Stolüstü Tennis Federasiyasının ümumi rəhbərliyi və təşkili ilə respublika üzrə 2003- cü il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar arasında təsnifat turniri keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, tədbirin təşkilində məqsəd respublikada stolüstü tennisi daha da inkişaf etdirmək , perspektivli və istedadlı idmançıları aşkar etməkdir. Yarışlar Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun keçirilir və şəxsi xarakter daşıyır. Turnirdə I , II və III yerləri tutan tennisçilər Stolüstü Tennis Federasiyasının diplomları və qiymətli hədiyyələri ilə təltif olunacaqlar. Yarışları baş hakim İlham Şahgəldiyev və baş katib Xəyalə Qiyasova idarə edəcəklər. İdman tədbirinə iyul ayının 3- də yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31