“Neftçi”nin oyununa nə qədər bilet satılıb?
30 İyun 2015 19:45 İdmanUEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Mladost" matçına bilet satışı davam edir. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, artıq 2 min bilet satılıb. Biletlər matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunun kassalarında satılır.
Qeyd edək ki, iyulun 2-də keçiriləcək "Neftçi" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31