Əslən azərbaycanlı ukraynalı idmançı ilə görüş keçirilib
30 İyun 2015 18:20 İdmanBakı 2015 I Avropa Oyunlarından qızıl medalla qayıdan Ukrayna yığmasının azərbaycanlı üzvü, diaspor fəalı Fyodor Xaşalov ilə Kiyevdə görüş keçirilib. DİDK-dən "OLAYLAR"-a bildirilib ki, bodibildinq üzrə ikiqat Avropa, bir dəfə dünya çempionu F.Xaşalov I Avropa Oyunları çərçivəsində 16 ölkə arasında bodibildinqin müxtəlif kateqoriyası üzrə keçirilən yarışda bir gümüş və bir qızıl medala layiq görülüb. Kiyevdə idmançı ilə keçirilən görüşdə məşhur müğənni və siyasətçi Ruslana, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev və digər siyasi və ictimai fəallar iştirak ediblər. Görüşdə ukraynalı idmançılar Bakı 2015 I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən, idmançılar üçün Azərbaycanda yaradılan şəraitdən danışıblar.