Sərbəst güləşçilər Əli Əliyevin xatirə turnirində iştirak edəcək

3-5 iyul tarixlərində Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. "OLAYLAR"-ın AGF-yə istinadən verdiyi xəbərə görə, turnirdə sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcək. Məşqçilər David Kurtsiya, Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət yığma komandanın 21 üzvü turnirdə qüvvəsini sınayacaq. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31