Millimizin üzvü oynadı, komandası uduzdu
29 İyun 2015 21:00 İdmanAzərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu yoxlama görüşündə qüvvəsini sınayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Almaniyanın aşağı liqa təmsilçisi "Lar" klubu ilə qarşılaşıb. Oyun "Karlsrue"nun məğlubiyyəti ilə başa çatıb - 0:1. Oyuna start heyətində çıxan Nazarov ikinci hissənin əvvəlində (46-cı dəqiqə) əvəzlənib.
Qeyd edək ki, pley-off matçında "Hamburq"a uduzaraq Bundesliqaya vəsiqə qazana bilməyən "Karlsrue" növbəti mövsümdən Almaniya ikinci liqasında mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31