"Neftçi" - "Mladost" matçının biletləri satışda
29 İyun 2015 20:55 İdmanUEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Mladost" matçının biletləri satışa çıxarılıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, biletlər matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunun kassalarında satılır. Azarkeşlər, VİP, ailəvi (3A) və digər sektorlara bilet almaqla matçı izləyə biləcəklər. Biletlərin qiyməti 1-10 manat arasında dəyişir.
Qeyd edək ki, iyulun 2-də keçiriləcək "Neftçi" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.
VİP sektorlara 1 biletin qiyməti -10 manat
3B sektoruna 1 biletin qiyməti - 2 manat
Digər sektorlara 1 biletin qiyməti - 1 manat
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31