Məşhur DJ Emeri: "Bakı, sən möhtəşəmsən!"
29 İyun 2015 11:59 İdman"Vau, Bakı! Sən möhtəşəmsən! Stadiondakı çıxışımı, arenanın tribunalarındakı on minlərlə insanın energetikasını unuda bilmərəm. Əslində, unutmaq da mümkün deyil".Dünyanın ən məşhur DJ-lərindən və musiqi prodüserlərindən biri, britaniyalı Qaret Emeri Twitter-dəki profilində belə yazıb.Milli.Az bildirir ki, 35 yaşlı Qaret Emeri Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimində çıxış edib. O, "Long Way Home" trekini ifa edib.İfadan sonra o, tvit yazıb: "Avropa Oyunlarının bağlanış mərasimi möhtəşəm, fenomenal oldu. Onu da deyim ki, mərasimdə ifa mənim üçün heç asan olmadı. Arenanın diqqətində olduğum üçün gərgindim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31