I Avropa Oyunlarının bağlanış mərasiminə qatılan dünya şöhrətli ulduzlar öz təəssüratlarını bölüşüblər

 Ötən gün Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasiminə qatılan dünya şöhrətli ulduzlar öz "twitter" hesablarında təəssüratlarını yazıblar.APA-nın məlumatına görə, elektronik rəqslərin prodüseri və DJ Gareth Emery bağlanış mərasimində iştirak etməkdən şərəf duyduğunu yazıb: "Mərasim o qədər ağlasığmaz və heyranedicidir. Düzü, burda iştirak etmək məni kifayət qədər həyəcanlandırır, Bakı - Bağlanış mərasimi valehedicidir!"Dünya şöhrətli müğənni Con Nyuman da öz təəssüratlarını bölüşüb: "Bu gün həyatımın ən böyük, ən önəmli tədbirində - Avropa Oyunlarının bağlanış mərasimində iştirak edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31