“Rossiya24”: Dünya tezliklə Bakının təqdimatında “Formula 1” və futbol yarışlarını izləyəcək”
29 İyun 2015 11:02 İdman"Rossiya24" televiziya kanalı İlk Avropa Oyunları ilə bağlı yekun video-material hazırlayıb.APA-nın məlumatına görə, materilada yarışların sonuncu günündə də idmançıların fəal iştirak etdiyi vurğulanıb, həmçinin rusiyalı idmançıların Avropa oyunlarındakı üstünlüyü qeyd olunub.Bağlanış mərasiminə də toxunan müxbir Avropa Oyunlarının əsl bayram və dostluq əhval-ruhiyyəsində keçdiyini vurğulayır: "Bağlanış mərasimində milli elementlərin də əks olunması böyük marağa səbəb olub. Azərbaycan böyük idmanla qısa müddətli də olsa vidalaşır. Amma dünya tezliklə Bakının təqdimatında "Formula 1" və futbol yarışlarını izləyəcək"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31