Sportsmax.tv: Azərbaycanın Milli Olimpiya Stadionunda göz oxşayan mərasim keçirilib

 Avropanın Sportsmax.tv saytı Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında məlumat verib.APA-nın məlumatına görə, Milli Olimpiya Stadionunda göz oxşayan mərasim keçirildiyini qeyd edən internet resursu tədbirə dünya şöhrətli ulduzların da qatıldığını vurğulayıb. Məqalədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkeyin fikirləri də yer alır: "Azərbaycanın və Avropa Oyunlarının gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31