Bağlanış əcnəbi müxbirlərin gözü ilə (FOTO)

Təntənəli mərasimi birbaşa efirlə bütün dünyada 800 milyona yaxın tamaşaçı izləyib

Ötən axşam Azərbaycanda keçirilən "Bakı-2015" birinci Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, təntənəli mərasimi birbaşa efirlə bütün dünyada 800 milyona yaxın tamaşaçı izləyib. Həmçinin dünyanın nüfuzlu xəbər mərkəzlərinin müxbirləri də bağlanış mərasimində iştirak edərək burda çəkdikləri fotoşəkilləri öz oxucularına çatdırıblar.Mərasimdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin birliyi tamaşaçıların diqqətinə çatdırıldı. Tədbirin transformasiya hissəsində üç nəhəng heykəl səhnədə müşahidə olunmağa başlandı. Bu səhnəciyin sonunda Qız qalasının divarları aralandı və onun içərisində Alov qüllələri peyda oldu. Bununla da tamaşaçılar keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə hansı təsirdə təsir göstərdiyinin şahidi oldular. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31