I Avropa Oyunlarının bağlanış mərasimi
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və stadiondakı bütün izləyicilər himni ayaqüstə dinləyib və oxuyublar.
29 İyun 2015 00:24 İdmanBakı-2015 I Avropa Oyunlarını möhtəşəm bağlanış mərasimi başa çatır.
ANS PRESS-in Olimpiya Stdaionun olna əməkdaçının verdiyi məlumata görə, idmançıların birlik və dostluq rəmzinə çevrilən paradı başa çatır. Onlar stadionda dövrə vurub tribunalarda yerlərini tutmağa başlayırlar.
İdmançılar tribunaların önündən keçiblər. Tamaşaçılar "Bakı-2015"in iştirakçılarını - Albaniya, Andorra, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Ermənistan, Xorvatiya, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Makedoniya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə və Ukrayna nümayəndələrini alqışlayıblar.