Sultanlardan qızıl medal (FOTO)

I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulub.

Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulub. ANS PRESS-in məlumatına görə, Azərbaycan yığmasını məğlub edən Serbiya bürünc medala sahib olub.

Xəbər verdiyimiz kimi Azərbaycan millisi Oyunları 4-cü pillədə başa vurub.

Günün sonunda final qarşılaşmasında Türkiyə ilə Polşa komandaları qarşılaşıb. Qardaş ölkə 3:0 hesabı ilə qələbə qazanaraq ilk Avropa Oyunlarının qalibi olub. Polşa yığması gümüş medalla sahib olub.

Bürünc medal uğrunda
Azərbaycan - Serbiya - 2:3 (25:21; 19:25, 25:17, 14:25, 9:15)

Final
Türkiyə - Polşa - 3:0 (25:11, 25:19, 25:13)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31