Prezident çempionumuza qızıl medal verdi VIDEO

Səlimov finalda rəqibi fransız Oumiha Sofiana qalib gələrək qızıl medala sahib olub

Prezident İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 60 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

ANS PRESS-in məlumatına görə, prezident qızıl medalı boksçumuz Albert Səlimova təqdim edib. Səlimov finalda rəqibi fransız Oumiha Sofiana qalib gələrək qızıl medala sahib olub 3:0.

Xatırladaq ki, kişilərin mübarizəsində Albert Səlimov (60 kq) yarımfinalda İrlandiya idmançısı Sin Makkombu mübarizədən kənarlaşdıraraq finala çıxıb. Görüş 3:0 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31