"Roma"dan iki transfer
25 İyun 2015 19:45 İdman"Roma" növbəti transferlərini gerçəkləşdirib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İtaliya təmsilçisi "Cenoa"da oynayan Andrea Bertolakkini heyətinə cəlb edib. 24 yaşlı yarımmmüdafiəçinin transferi "Roma"ya 8 milyon 500 min avroya başa gəlib. Paytaxt təmsilçisi bundan başqa, ötən mövsüm "Kalyari"dən icarəyə götürdüyü Radja Nainqqolanı birdəfəlik alıb. "Roma" belçikalı yarımmüdafiəçinin transferinə görə ümumilikdə 15 milyon avro xərcləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31