Eston badmintoçu: Avropa Oyunlarında iştirak istənilən idmançı üçün fantastik təcrübədir
25 İyun 2015 18:40 İdmanI Avropa Oyunlarında iştirak etmək istənilən idmançı üçün fantastik təcrübədir. Bunu Trend-ə estoniyalı badmintoçu Kati Tolmoff deyib. Onun sözlərinə əsasən, Oyunlar badmintonun inkişafı üçün önəmlidir: "Badmintonun Oyunların proqramına daxil edilməsi onun Avropa və dünyada inkişafı üçün vacibdir". İdmançı qeyd edib ki, Azərbaycana ilk dəfədir gəlir: "Bakı çox xoşuma gəldi. Atletlər kəndində idmançılar üçün yaxşı şərait yaradılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31