Bünyadova bacıları yarımfinalda

İdmançılarımız Sevil və Sevinc Bünyadovalar I Avropa Oyunları çərçivəsində qılıncoynatma yarışında yarımfinal mərhələsinə yüksəliblər. Trend-in məlumatına əsasən, 1/4 final mərhələsində Sevil Bünyadova yunanıstanlı idmançı Vassiliki Vougioukaya 15:12 hesabı ilə qalib gəlib, Sevinc Bünyadova isə ukraynalı idmançı Alina Komaşçuku 15:11 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Sevilin rəqibi fransalı idmançı Marqau Rifkis olacaq. Sevinc isə polşalı Angelika Vatorla görüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31