Cüdoçumuz qızıla daha da yaxınlaşdı
25 İyun 2015 17:36 İdmanAvropa Oyunlarında 60 kq-dək çəkili cüdoçuların yarışında təmsilçimiz Orxan Səfərov 1/4 finalda tatamidə İsveçrə cüdoçusu Lüdovik Şammartin ilə münasibətlərə aydınlıq gətirib. Trend-in məlumatına görə, döyüş ərzində daha fəal güləşən cüdoçumuz rəqibinə əvvəlcə yuko, daha sonra vaza-ari xalı ilə qiymətləndirilən fəndlər tətbiq edib. Bunun nəticəsində O.Səfərov görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. Onun yarımfinaldakı rəqibi digər təmsilçimiz İlqar Müşkiyevə 1/8 final mərhələsində qalib gəlmiş İspaniya cüdoçusu Fransisko Qarriqos olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31