Nicat Şıxəlizadə də mübarizəni dayandırdı
25 İyun 2015 17:34 İdman66 kq-dək çəki dərəcəsində çıxış edən təmsilçimiz - Avropa çempionatı və Qran-pri turnirinin mükafatçısı Tərlan Kərimov 1/16 finalda Rusiya cüdoçusu Mixail Pulyayevlə qarşılaşıb. Trend-in məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rus idmançı vazari xalı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. 48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva isə 1/8 finalda Belçika cüdoçusu Şarlin van Sniklə görüşüb. Belçika təmsilçisi saxlama fəndi tətbiq edərək cüdoçumuza vaxtından əvvəl tam qələbə ilə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31