İsveçrəli idmançı: Azərbaycan Olimpiya Oyunlarını da keçirə bilər

"Azərbaycan I Avropa Oyunlarına əla hazırlaşıb". Bu barədə Trend-ə Avropa Oyunlarının iştirakçısı, İsveçrəni üzgüçülük yarışlarında təmsil edən Adrian Andermatt deyib. O bildirib ki, Azərbaycan Olimpiya Oyunlarını da keçirə bilər: "Azərbaycanda idman infrastrukturu kifayət qədər yaxşı inkişaf edib və daha böyük idman tədbirlərinin təşkil edilməsi üçün bütün imkanlar var". İdmançı, həmçinin qeyd edib ki, Bakıda əla Su İdman Sarayı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31