Azərbaycanlı qılıncoynadan 1/8 finala yüksəldi
25 İyun 2015 16:41 İdmanAzərbaycan idmançısı Sevil Bünyadova Bakı-2015 I Avropa Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışının 1/8 final mərhələsinə yüksəlib. Trend-in məlumatına əsasən, idmançımız polşalı rəqibi Maqdalena Pasternaka 15:4 hesabı ilə qalib gəlib. Növbəti mərhələdə S.Bünyadovanın rəqibi Rusiya təmsilçisi Mariya Ridel olacaq. Azərbaycanın digər təmsilçisi Fatimə İbrahimova isə italiyalı qılıncoynadan Rebekka Qarqanoya 6:15 hesabı ilə məğlub olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31