İki cüdoçumuz qızıl medal uğrunda mübarizəni davam etdirir

Avropa Oyunlarının cüdo yarışlarında 66 kq-dək çəki dərəcəsində çıxış edən təmsilçimiz Nicat Şıxəlizadə 1/8 final mərhələsində İtaliya idmançısı Elio Verdə ilə münasibətlərə aydınlıq gətirib. Trend-in məlumatına görə, görüşə fəal başlayan cüdoçumuz əvvəlcə rəqibinə bir vazari fəndi tətbiq edib. Daha sonra isə Nicat Şıxəlizadə ippon fəndi ilə görüşdə vaxtından əvvəl tam qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Nicat Şıxəlizadə yarımfinala çıxmaq üçün 1/4 finalda Portuqaliya cüdoçusu Serqiu Oleynikə qalib gəlməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31