Kosovo idmançısı: “Azərbaycan I Avropa Oyunlarının mükəmməl təşkilatçısıdır”

Azərbaycan I Avropa Oyunlarının mükəmməl təşkilatçısıdır. Bu barədə Trend-ə Kosovo idmançısı Laurit Muyya deyib. O, Bakının gözəl şəhər olduğunu bildirib: "Şəhəriniz, insanlarınız çox xoşuma gəlir. Gözəl memarlıq nümunələriniz var. Oxşar mədəniyyətə sahibik. Özümü vətənimdəki kimi hiss edirəm. Bundan başqa, atletlər üçün əla şərait yaradılıb. Hər şey yüksək səviyyədə təşkil olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31