Xorvatiyalı idmançı yenidən Bakıya gəlmək istəyir

Azərbaycanda idman çox populyardır və bu, çox gözəldir. Bunu Trend-ə xorvatiyalı üzgüçü Kristian Komlenik deyib. Onun sözlərinə görə, Bakı olduqca gözəl şəhərdir və insanlar çox mehribandırlar: "Ümid edirəm ki, gələcəkdə Bakıda Olimpiya Oyunları keçiriləcək və mən yenidən bura gələcəyəm. İdmançı qeyd edib ki, Azərbaycanda Oyunların iştirakçıları - idmançılar üçün hər cür şərait yaradılıb: "Atletlər kəndi çoz gözəldir. Mətbəx əladır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31