Rusiyalı badmintonçu: “I Avropa Oyunları təşkilat səviyyəsinə görə Olimpiya Oyunlarına oxşayır"
25 İyun 2015 14:37 İdmanI Avropa Oyunları təşkilat səviyyəsinə görə Olimpiya Oyunlarına oxşayır. Bu barədə Trend-ə Rusiyanın badminton üzrə Avropa çempionları Vladimir İvanov və İvan Sozonov deyib. Onlar bildirib ki, ümumiyyətlə təşkilat işləri yüksək səviyyədədir: "Bir çox beynəlxalq yarışlarda iştirak etmişik və deyə bilərik ki, I Avropa Oyunları təşkilat səviyyəsinə görə Olimpiya Oyunlarına oxşayır. Hər şey - Atletlər kəndi, yeməklər, nəqliyyat, könüllülər - yüksək səviyyədədir. İşlər tam sürətlə irəli gedir, heç bir problemimiz yoxdur". İdmançılar qeyd ediblər ki, yarışlara favorit kimi qatılıblar: "Hazırda əsas məsələ finala yüksəlməkdir. Finalda isə Danimarka cütlüyü Matias Bo və Karlsten Mogensen ilə yaxşı Avropa derbisi olacaq. Ümumiyyətlə, Bakıdan şəhər və Azərbaycan mətbəxi haqqında xoş təəssüratlarla ayrılacağıq".