İki cüdoçumuz uduzdu

66 kq-dək çəki dərəcəsində çıxış edən daha bir təmsilçimiz - Avropa çempionatı və Qran-pri turnirinin mükafatçısı Tərlan Kərimov 1/16 finalda Rusiya cüdoçusu Mixail Pulyayevlə qarşılaşıb. Trend-in məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rus idmançısı vazari xalı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. 48 kq-dək çəki dərəcəsindəki qadın təmsilçimiz Leyla Əliyeva isə 1/8 finalda Belçika cüdoçusu Şarlin van Sniklə görüşüb. Belçika təmsilçisi saxlama fəndi tətbiq edərək cüdoçumuza vaxtından əvvəl tam qələbə ilə qalib gəlib.

Qeyd edək ki, bu gün Avropa Oyunırının cüdo yarışlarında Azərbaycanın 8 idmançısı medallar uğrunda mübarizə aparır. Qadın cüdoçularımızdan Leyla Əliyeva (-48 kq), Ayşə Qurbanlı (-48 kq), kişilərdən Nicat Şıxəlizadə (- 66 kq) ilk döyüşündə qalib gələrək 1/8 finala vəsiqə əldə ediblər, Səkinə Zayirova (- 52 kq) 1/16 final mərhələsində məğlub olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31